Bakıda 43 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən verilən məlumata əsasən, yol qəzası Biləcəri qəsəbəsində, bazarın qarşısında qeydə alınıb.
“KamAZ” markalı avtomobil arxaya hərəkət edərkən 1970-ci il təvəllüdlü Ağdaş rayon sakini Pərvanə Süleymanovanı vurub. P. Süleymanova hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.