Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda qadını intim görüntüləri ilə şantaj etdilər - MƏHKƏMƏ
Bakıda qadını intim görüntüləri ilə şantaj etməkdə təqsirləndirilən Kamil Süleymanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası sentyabrın 19-na təyin edilib.
Qeyd edək ki, K.Süleymanov tanış olduğu qadın - A.Məmmədovanın (ad, soyad şərti) intim şəkilləri ilə şantaj edərək pul tələb edib.
Qadının hüquq-mühafizə orqanlarına şikayətindən sonra K.Süleymanov saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu pul tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR