“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Lüksemburq çempionu “F91 Düdelanj” baş məşqçisi Emilio Ferera ilə yollarını ayırıb.
Wort.lu xəbər verir ki, Lüksemburq təmsilçisinin ölkə çempionatındakı uğursuz çıxışı səbəbindən 52 yaşlı belçikalı mütəxəssis istefaya göndərilib.
İspan mənşəli məşqçi komandaya yayda təyin olunmuşdu. O artıq bu gün səhər komandanı məşqə çıxarmayıb. “F91 Düdelanj” hazırda beş turdan sonra dörd xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində “F91 Düdelanj”la ilk matçını oktyabrın 3-də Lüksemburqda, dekabrın 12-də isə Bakıda keçirəcək.
Rəylər