Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda Qərbi Azərbaycan parkı yaradılacaq
"Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı yaradılacaq".
Bunu Oxu.Az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi" mövzusunda keçirilən ikinci beynəlxalq konfransda deyib.
O bildirib ki, konfransın ikinci günündə keçirilən ağacəkmə aksiyasında hər bir qonağın adına ağac əkilib:
"Bu ənənə növbəti illərdə də davam etdiriləcək. Bu ərazidə böyük bir Qərbi Azərbaycan parkı yaradılacaq. Bununla yanaşı, konfransın ilk günündə baş tutan panel sessiyada qonaqlara Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verilib".
"Bugünkü tədbir isə Qərbi Azərbaycanın irsi ilə bağlıdır. Qərbi Azərbaycanda bizim soydaşlarımız zəngin, mədəni irs qoyublar. Bu irsi ermənilər ən müxtəlif formada saxtalaşdırıblar. Bununla bağlı sərgi nümayiş etdirilib. Musiqimiz, mətbəximiz, mədəniyyətimiz bu gün təqdim ediləcək. Məqsədimiz odur ki, qonaqlar bu dinləmələrlə kifayətlənməsinlər və bilsinlər ki, bu ərazilərdə mədəni irsimizə qarşı vəhşilik törədilib", - deyə icma sədri əlavə edib.

Mərahim Nəsib
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: Aralıq Kolanlı, Aralıq Oxçu, Arbat - türk tarixinin izi
- İcma Ermənistandan ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirmə cəhdinə son verməsini tələb edir
- Ülviyyə Zülfiqar: "Aİ-nin Ermənistandakı missiyası "binokl diplomatiyasına" qəsdən davam edir"
- Qərbi Azərbaycan İcması: "Ermənistanda Azərbaycana qarşı təxribatlar səngimək bilmir"
- İcma sədri: "XIX əsrə qədər regionda ermənilərə aid bir mülk də olmayıb"