Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ceyhun Bayramov III Avropa Azərbaycanşünaslıq Konfransında çıxış edib
Xarici işlər naziri Ceyhun Bayramov Malta Respublikasının paytaxtı Valetta şəhərində Azərbaycan tədqiqatları üzrə III Avropa Konfransında çıxış edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, çıxış zamanı nazir Ceyhun Bayramov ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, ölkəmizin enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar istiqamətləri üzrə təşəbbüsləri, habelə postmünaqişə dövründə bölgədə vəziyyət barədə danışıb.
Azərbaycanın ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri ilə mübarizə istiqamətinə xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb. Bir sıra onlarla təşəbbüs və əhəmiyyətli tədbirlər ilə yanaşı, COP29 çərçivəsində əvvəlki iqlim maliyyəsi hədəfini 3 dəfə üstələyərək 300 milyard dollara çatdıran Bakı Maliyyə Məqsədinin qəbulu, Paris sazişinin əsas hissəsi olan 6-cı maddə üzrə danışıqların yekunlaşdırılması, İtki və Zərər Fondunun növbəti ildən fəaliyyətə başlamasının təmin olunmasının sədrliyimizin ən əhəmiyyətli uğurları sırasında olduğu qeyd edilib.
İqlim dəyişmələri ilə mübarizə sahəsində ölkəmizin beynəlxalq tərəfdaş və təşkilatlarla birgə irəli sürdüyü 9 təşəbbüsdən danışan nazir, bu təşəbbüslərə geniş maraq olduğunu, çoxsaylı ölkələrin təşəbbüslərə qoşulduğu diqqətə çatdırılıb.
Bununla yanaşı, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində elan olunan qlobal təşəbbüslərin iqlim dəyişikliyinin müxtəlif aspektləri, o cümlədən diqqətdən kənarda qalan problemlərə vurğu edilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Ölkəmizə qarşı əsassız iddia və "neft-qaz ölkəsi" bəhanəsi altında aparılan sistematik qarayaxma kampaniyasına baxmayaraq, COP29-un uğurla həyata keçirildiyi və iqlim dəyişikliyi ilə mübarizə səylərinə vacib töhfə olduğu qeyd edilib.
Nazir Ceyhun Bayramov, həmçinin ölkəmizin bərpaolunan külək, su, günəş enerjisi potensialı, işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə görülmüş işlər barədə ətraflı məlumat verib.
Yaşıl enerji sahəsində əməkdaşlıqla bağlı Azərbaycan, Qazaxıstan, Özbəkistan arasında, Avropa İttifaqı, habelə Gürcüstan, Rumıniya, Macarıstanla imzalanmış strateji tərəfdaşlıqlar və layihələrin, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə birgə təşəbbüslərin, Xəzər və Qara dəniz hövzələrini birləşdirəcək yaşıl enerji dəhlizi kimi layihələrin əhəmiyyəti vurğulanıb.
Orta Dəhlizin inkişafı, Azərbaycan vasitəsilə keçən əmtəələrin həcminin artımından bəhs edən nazir Ceyhun Bayramov, nəqliyyat və kommunikasyalar sahəsində imkanlardan istifadənin vacibliyini qeyd edib.
Nazir ATƏT Nazirlər Şurası çərçivəsində aparılmış müzakirələr, təşkilat çərçivəsində mövcud problemlər və perspektivlərdən danışıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Maltaya işgüzar səfəri çərçivəsində III Avropa Azərbaycanşünaslıq Konfransında iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə nazirlik rəsmi "X" hesabında məlumat yayıb.
Nazir COP29-a Azərbaycanın ev sahibliyi etməsi, nəticələri, eləcə də ölkənin enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahəsindəki təşəbbüsləri barədə çıxış edib.
C.Bayramov çıxışı zamanı münaqişədən sonrakı səylər və regional təhlükəsizlik vəziyyəti barədə də məlumat verib.
Nazir yekunda çoxsaylı sualları cavablandırıb.
On the sidelines of his working visit to #Valletta, #Malta, Minister of Foreign Affairs @Bayramov_Jeyhun of the Republic of #Azerbaijan attended the 3rd European Conference on Azerbaijani Studies.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 6, 2024
Minister has delivered a speech covering issues of @COP29_AZ presidency, #COP29’s… pic.twitter.com/w2Xc90t6Rx
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Nərimanov sakinlərinin üzləşdiyi təhlükəli vəziyyət - Xəbərlərin 20:00 buraxılışı
- Ceyhun Bayramov ilə Hakan Fidan Suriya məsələsini müzakirə ediblər
- Azərbaycan Türkiyəyə başsağlığı verdi
- Maltada Azərbaycan və Qazaxıstan XİN rəhbərləri arasında görüş keçirilib
- Ceyhun Bayramov: "ATƏT-in Minsk qrupunun ləğvi qurumun effektiv fəaliyyətini təmin edəcək"