Bakıda stomatoloji kabinetdə baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb.
Oxu.Az xəbər verir ki, Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.
17:00
Bu gün Bakıda özəl stamotoloji kabinetdə pasientin ölümü baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, görə, 47 yaşlı Elcin Məmmədov Bakıda yerləşən “Vipdental” stomatoloji kabinetində iynə vurulduqdan sonra dünyasını dəyişib.
Faktı təsdiqləyən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, E.Məmmədovun dişində əməliyyatın aparılması üçün iynə vurulduqdan sonra pasientdə anafilaktik şok yaranıb və o dünyasını dəyişib. Hadisədən 6 dəqiqə sonra təcili tibbi yardım briqadası ünvana gəlsə də, xəstəni xilas etmək mümkün olmayıb.
Xəstəninin ölümünə anafilaktik şokun səbəb olduğu təxmin edilir. Hazırda bu məsələ Səhiyyə Nazirliyi, eyni zamanda istintaq orqanları tərəfindən araşdırılır.
A.Qədirli bildirib ki, hər bir stomatoloji kabinetdə şok əleyhinə preparat olmalıdır. SN aparacağı araşdırma zamanı da bu kabinetdə şok əleyhinə preparatın olub-olmadığını öyrənəcək.
Qeyd edək ki, bir müddət əvvəl “Medi Sina” özəl klinikasında Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızı da əməliyyata hazırlıq vaxtı - narkoz vurulduqdan sonra dünyasını dəyişib.