Oktyabr ayında Bakının Suraxanı rayonunda 21 yaşlı qızın atası tərəfindən zorlanması iddiası mediada və cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Hövsan qəsəbə sakini 21 yaşlı A.S-nın atası 53 yaşlı M.S-nın onu zora cinsi əlaqəyə cəlb etməsi iddiası təsdiqini tapmayıb.
Gənc qızın təqdim etdiyi videokadrlar, həmçinin onun psixoloji durumu araşdırılıb.
Ekspertlər təqdim edilmiş materiallara rəy verib. 21 yaşlı A.S-nın psixi vəziyyəti onun gizli çəkdiyi video və qeyd etdiyi iddialar əsasında cinayət işinin başlanmasına əsas verməyib.
Bu səbəbdən də 53 yaşlı kişinin öz qızını zorlaması iddiası ilə bağlı cinayət işinin başlanmasına qərar verilməyib.