Yanvarın 26-da Bakı və Abşeron yarımadasında hava buludlu olacaq, arabir yağış yağacaq, gecə bəzi yerlərdə sulu qar olacaq. Şimal-şərq küləyi əsəcək.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 0-2, gündüz isə 4-7 dərəcə isti təşkil edəcək.
Rayonlarda arabir yağış yağacaq, dağ və dağlıq rayonlarda qar olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcə istiyədək, gündüz 5-7 dərəcə isti, dağlıq rayonlarda 3-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta təşkil edəcək.