Bakıda təyyarə qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
“Azərbaycan Hava Yolları” QSC-yə məxsus “CESSNA” markalı ikinəfərlik təlim təyyarəsi Zabrat aeroportundan havaya qalxıb.
Lakin təyyarədə yaranan nasazlıq səbəbindən bir az sonra boş ərazidə qəzaya uğrayıb.
12:33
Zabratdakı hava limanının yaxınlığında kiçik ikiyerli təyyarə qəzaya uğrayıb.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Sabunçu rayon Polis İdarəsindən bildiriblər.
Zərərçəkən yoxdur (Trend).