Bakıda 10 gün əvvəl ailə qurmuş kişi yaxın qohumlarını şoka salıb.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Yasamal rayon 27-ci polis bölməsindən bildiriblər.
Məlumata görə, dünən Yasamal rayonunda təzəbəy intihar edib.
Murtuza Muxtarov küçəsində, 102 saylı evin pilləkənində 1982-ci il təvəllüdlü Rəhimov Zülfi Sübhan oğlu intihar edib.
Bildirilir ki, kişi mələfə ilə özünü asıb. Onu ilk olaraq həyat yoldaşı aşkarlayıb.
Səhər tezdən ayılıb ərinin yanında olmadığını görən qadın otaqdan çıxıb və dəhşətli mənzərə ilə üzləşib.
Onlar 10 gün ailə nikaha girib və ailə qurublar.
İntiharın səbəbləri hələ məlum deyil. İlkin məlumatlara görə, ər və arvad birgə həyatın ilk günlərindən mübahisə etməyə başlayıblarmış...
Faktla bağlı araşdırma davam edir.