Səhər saatlarında Bakının bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, Bakı-Sumqayıt şossesi – şəhər istiqamətində, Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsündə, Alı Mustafayev küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Yusif Səfərov küçəsi – Cavanşir körpüsü istiqamətində, Babək prospekti – Yusif Səfərov küçəsi istiqamətində, Rəşid Behbudov küçəsi – Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər, Heydər Əliyev prospekti – orta və kənar yol Atletlər kəndinin qarşısından şəhər istiqamətində sıxlıqdır.