Dünən Qaradağ rayonunda üç azyaşlı uşaq anası özünü asıb.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Qaradağ rayon Prokurorluğunda bildiriblər.
Məlumata görə, 1984-cü il təvəllüdlü Muradova Zeynəb Nazirağa qızı öz mənzilində intihar edib. Qadın özünü qapının arasından qonaq otağına keçən qaz borusundan şərf ilə asıb. Muradovanın cəsədini qohumları 22.16-da tapıblar. İntihar edərkən evdə heç kim olmayıb.
İntiharın səbəbi müəyyənləşdirilməyib. Muradovanın kiçik övladı dörd aylıqdır.
Fakt üzrə istintaq aparılır.