“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri koronavirusla bağlı təhlil aparmaq üçün Azərbaycana gəlib”.
Oxu.Az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyində koronavirus pandemiyasına (COVID-19) qarşı Azərbaycan hökumətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyanın fəaliyyətinin yekunlarına dair keçirilən mətbuat konfransında ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, ekspert qrupu Azərbaycan hökumətinin dəvəti əsasında gəlib:
“Altı nəfər gəlib. Bir həftə ərzində detallı hesabat hazırlanıb, Azərbaycan hökumətinə təhvil veriləcək”.
Bakıda Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-la bağlı mətbuat konfransı keçirilir - VİDEO
Rəylər