Dünən gün ərzində ikinci intihar hadisəsi Bakının Suraxanı rayonunda qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Suraxanı rayon Polis İdarəsindən bildiriblər.
Alınan məlumata görə, Qaraçuxur qəsəbəsində saat 12.40-da Gədəbəy rayon sakini 1970-ci il təvəllüdlü Orucova Xanım Qiyas qızı özünü ağacdan asaraq intihar edib. Məlumdur ki, Orucova özünü böyük bacısı Aqilənin evində asıb.
Hal-hazırda istintaq intiharın səbəblərini araşdırır.
Qohumların sözlərinə görə, Orucova ailəli olmayıb və son zamanlar psixi pozğunluqdan əziyyət çəkirdi. Məlumdur ki, intihar zamanı evdə Orucovadan başqa, onun bacısının uşaqları olub.
Orucova heç kimə bir söz demədən evin arxa həyətinə keçib və özünü asıb, onun meyitini tapan uşaqlar çox qorxublar.
Fakt üzrə istintaq gedir.