Şahidlərin “Qafqazinfo”ya verdyi məlumata görə, əraziyə nəzarət edən Post Patrul Xidmətinin əməkdaşları ilə motosikletçilər arasında qarşıdurma yaranıb. Tərəflər bir-birlərinə qarşı ağır ifadələr işlədiblər. Qarşıdurmanın bir hissəsi hadisə şahidləri tərəfindən çəkilib.
Təqdim etdiyimiz görüntüdə polis əməkdaşı motosikletçini nizam-intizama dəvət etsə də, qarşı tərəf özünü saymazyana aparmaqla polisin üstünə yeriyir. O, hətta polis əməkdaşına “əcəb edirəm”cavabını verərək onu saymır.
Qarşıdurmanın böyüməsinin qarşısı alınsa da, şahidlər deyirlər ki, sonaradan mübahisə böyüyür.
www.anspress.com
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin