Aprelin 16-da Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində məişət və digər qarışıq tullantıların qalaqlanması aşkar edilib.
Bununla bağlı Daxili İşlər Nazirliyindən məlumat verilib.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə ətraf mühitin mühafizəsinə məsul olan vəzifəli şəxs müəyyən olunub.
İnzibati Xətalar Məcəlləsinin 541-ci (ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi) maddəsinin tələblərini pozduğuna görə qəsəbə bələdiyyəsinin sədri H.Hüseynov barəsində 3 000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.