Bakının Xətai rayonunda yanğın olub.
Oxu.Az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 210 kv.m olan ikimərtəbəli, altı otaqlı evdə bir ədəd kondisioner və altı kv.m sahədə divar kağızı yanıb.
Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Elvin Paşazadə
www.oxu.az