Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda yeni park salınır - VİDEO
Paytaxtın Xətai rayonu, Babək prospekti, 78 ünvanında yerləşən bağda ağacların yandırılması faktını araşdırdıqdan sonra aidiyyatı qurumlar hərəkətə keçdi.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, sakinlərin müraciəti ilə əvvəllər zibillik olan bu ərazi elə onların xahişilə sökülüb və tullantılar ərazidən uzaqlaşdırılıb. Ancaq qalan hissənin yandırılması və bu səbəbdən ağaclara dəyən ziyan bina sakinlərinin narazılığına səbəb olmuşdu.
Bu gün isə artıq ərazidə işlərə başlanılıb. Xeyli tullantı yük maşınları vasitəsilə bağdan daşınıb. Sakinlər isə bunun müvəqqəti olmamasını istəyir.
29 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Vəli Əzizov isə sakinləri arxayın etdi ki, narahatlığa heç bir əsas yoxdur. İşlər dayandırılmayacaq və bütün tullantıların ərazidən uzaqlaşdırılması üçün hər cür texnika cəlb ediləcək.
Xətai Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, sözügedən ünvanda bütün lazımi tədbirlər görüləcək. Təmizləmə işləri tamamlandıqdan sonra layihəyə uyğun olaraq sakinlərin istirahəti üçün hər cür şərait yaradılacaq.
Deyilənlərə inansaq, sakinlər yaxın iki ay ərzində tamamilə yenilənmiş bağa sahib olacaqlar. Bir az səbir və yenilikdən yararlanma şansı sizindir.
Rəylər