Bakıda Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsindəki körpünün üstündə (yolun üzü «Koroğlu» metro stansiyasına doğru olan istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Nəqliyyatın İntellektual İdarə edilməsi Mərkəzinin (NİİM) məlumatına istinadən xəbər verir ki, qəza nəticəsində prospektin bu hissəsindəı böyük tıxac yaranıb.
Mənbə sürücülərə alternativ yoldan — Ziya Bünyadov prospektionin ikinci dərəcəli yolundan istifadə etməyi məsləhət görür.