Bakıda zavodda baş vermiş bədbəxt hadisənin görüntüləri yayılıb.
"Qafqazinfo" xəbər verir ki, görüntülərin Biləcəri qəsəbəsində lentə alındığı və zavodda çalışan 20 yaşlı oğlanın aldığı xəsarətlərdən hadisə yerində vəfat etdiyi bildirilib.
Əldə etdiyimiz məlumata görə, hadisə sentyabrın 20-si Binəqədi rayonunda yerləşən metallurgiya müəssisəsində baş verib. Həmin vaxt orada çalışan Coşqun Şahbazlının başına metal cisim düşüb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik:
Rəylər