Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda Zərifə Əliyeva küçəsində hərəkət qismən məhdudlaşdırılacaq
İyulun 31-də saat 09:00-dan etibarən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalarını, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.
"Zərifə Əliyeva" teqi üzrə xəbərlər
- Gürcüstan Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
- Leyla Əliyeva Zərifə Əliyeva ilə bağlı paylaşım etdi
- Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
- İtkin düşəndən sonra nəşi tapılan əsgərin qətli ilə bağlı komandirinə beş il həbs tələbi
- Həftəsonu parklanma qaydalarını pozanlar sakinləri narahat edirlər: "Buna göz yumurlar" - ŞİKAYƏT