Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Laçında süni intellektlə canlanan xatirələr, "32 il sonra..."
Laçın şəhərində, məşhur müğənni Məhəbbət Kazımovun xatirə gecəsində nümayiş olunan bir dəqiqəlik video böyük rezonans doğurub. Süni intellektin verdiyi imkanlar sayəsində sanki bugünkü abad Laçını gəzən Məhəbbət Kazımovun təbəssümü, sevinci, Həkəri çayı sahilindəki Laçın bulvarına toplaşan yüzlərlə tamaşaçını kövrəldib. Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin və Bakı Abadlıq Xidmətinin birgə təşkil etdiyi "Məhəbbətlə" adlı xatirə gecəsində müğənninin yaxın dostları - yazıçılar, jurnalistlər, Beynəlxalq Muğam Mərkəzinin, vaxtilə Məhəbbət Kazımovun yaratdığı "Laçın" instrumental ansamblının solistləri, şəhər ziyalıları və Laçının istedadlı cavanları çıxışlar ediblər.
Səhnə tərtibatında diqqəti ən çox cəlb edən - maraqlı, təsirli həyat hekayələrindən ibarət "32 il sonra..." kataloqundan fraqmentlər olub. Tam versiyası abadliq.az saytında, "Laçın layihələri" bölümündə paylaşılan kataloqun özəlliyi - doğma yurda qayıdan sakinlərin uzun ayrılıq illərində yaşadıqlarını kiçik hekayələr şəklində əks etdirməsidir. Yüksək peşəkarlıqla tərtib edilmiş, ilkin versiyada 100 məşhur laçınlının - Vətən müharibəsi qazilərinin, elm adamlarının, ictimai xadimlərin, istedadlı gənclərin gələcəklə bağlı arzularını əks etdirən kataloqun davamı da olacaq. Bunu təşəbbüsün müəllifləri - Bakı Abadlıq Xidmətinin nümayəndələri söylədilər.
"Məhəbbətlə" xatirə gecəsindən eksklüziv görüntüləri Oxu.Az saytının izləyicilərinə təqdim edirik:
"Laçın rayonu" teqi üzrə xəbərlər
- Laçındakı unikal bulağın möcüzəvi sirri: "Böyrəkdən əməliyyat olanı görmədim"
- Yaz fəslində Şuşaya və Laçına qar yağdı
- Laçın qəbiristanlığında VANDALLIQ: Ölülərin qızıl dişlərini oğurlayıblar
- Sakinlər Laçının zəngin faunasından danışdılar: "Dağkeçisi artıb"
- Laçının Bəylik kəndi yenidən qurulur - Hansı işlər görülür?