Aprelin 4-də Təhsil Nazirliyinin təşəbbüsü ilə Ankara məktəb-liseyi və Avropa liseyinə mediatur təşkil olunub.
Bu barədə Oxu.Az-a nazirlikdən bildirilib.
Nazirliyin məlumatına görə, 10-dək KİV təmsilçisinin iştirak etdiyi mediaturda jurnalistlər ümumtəhsil məktəblərinə təqdim olunan müasir laboratoriya avadanlıqları ilə tanış olublar və bu avadanlıqların kömyilə keçirilən fiziki, kimya və biologiya dərslərini izləyiblər.
Ümumtəhsil məktəblərində laboratoriyaların müasirləşdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən 50 ümumtəhsil məktəbinə müxtəlif avadanlıqlar paylanılıb. Bu məktəblərə 2 ədəd mobil araba, 16 ədəd “Biochem” və 16 ədəd “Physio” labdiskləri, 2 ədəd planşet verilib.
Bunlardan 31-i Bakı şəhəri üzrə məktəb və liseylərə, 9-u isə Sumqayıt, Abşeron, Göygöl, Mingəçevir və Gəncə üzrə paylanıb. Bununla yanaşı aprel ayının 20-dən etibarən həmin məktəblərdə biologiya, kimya və fizika fənlərini tədris edən müəllimlərə yerli təlimçilər tərəfindən 5 günlük təlimlər təşkil olunub. Təlimlərin may ayının sonunadək yekunlaşması nəzərdə tutulur.
“BioChem” və “PhysioGuide” adlanan bu cihazların köməkliyi ilə 11 illik tədris sistemində şagirdlər müəllimlər tərəfindən əldə etdiyi nəzəri bilikləri bu cihazların bir neçə sensor düymələri vasitəsilə real müşahidəyə çevirmək fürsəti əldə edəcək.
“Edumedia-Azərbaycan” şirkəti bu cihazlardan ən yüksək səviyyədə istifadəni təmin etmək üçün “Globisens” şirkətinin yüksək səviyyəli mütəxəssislərini Azərbaycana dəvət edərək 25 nəfərdən ibarət müəllim heyətinə 3 gün müddətində davam edən təlimçi təlimi təşkil edib.
Təlimlərdə müəllimlər həm Labdisc cihazı, həm də proqram təminatı ilə tanış olub, onlardan istifadə qaydalarını mənimsəyiblər. Bu cihaz və proqram təminatı vasitəsilə bir sıra təcrübələri həyata keçiriblər.
Jurnalistlər yeni avadanlıqların üstünlərini öyrəniblər, şagirdlərin apardıqları təcrübələri izləyiblər.
Ülviyyə R. Əli
Foto: Nüsrət Abdullayev
www.oxu.az