Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakının bəzi küçələrində hərəkət yenidən təşkil edilir: "28 May"dakı haba giriş necə olacaq?
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin kəsişmələri arasında olan hissəsində hərəkətin təşkilinə dair təklif layihəsi hazırlayıb".
Oxu.Az xəbər verir ki, bunu AYNA-nın Bakı Regional idarəsinin müdiri Tərlan Səfərov bu gün keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, bu çərçivədə Şəmsi Bədəlbəyli küçəsində mövcud hərəkət zolaqlarının ölçülərini standartlara uyğunlaşdırmaqla Elman Babaxanov (Süleyman Rüstəm) küçəsi ilə kəsişmədən Azadlıq prospektinədək hissədə, sol tərəfdə xüsusi hərəkət zolağının təşkili nəzərdə tutulur:
"Bundan başqa, Azadlıq prospektinin Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsi arasında olan hissəsində mövcud hərəkət istiqamətinə əks istiqamətdə olmaqla xüsusi hərəkət zolaqlarının təşkili də planlaşdırılır.
Bununla da Şəmsi Bədəlbəyli küçəsində sol tərəfdə xüsusi hərəkət zolağından Azadlıq prospektində əks istiqamətdə təşkil ediləcək xüsusi hərəkət zolağı vasitəsilə metronun "28 May" stansiyası ətrafında yaradılacaq haba və Füzuli küçəsinə, eləcə də habdan Füzuli küçəsinə avtobusların birbaşa hərəkəti təmin ediləcək".
T.Səfərov əlavə edib ki, şəhərdə mobilliyin transformasiyası proqramında əsas prinsiplərdən biri nəqliyyatın və piyadaların hərəkət təhlükəsizliyinin təmin edilməsidir:
"Bu məqsədlə Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələri ilə kəsişməsində hərəkət işıqfor vasitəsilə nizamlanacaq. Eyni zamanda, Azadlıq prospekti və Şəmsi Bədəlbəyli küçəsindəki mövcud mikromobillik zolaqlarının hab daxilindəki mikromobillik yolları ilə əlaqələndirilməsi və mikromobillik vasitələri üçün yeni parklanma yerləri təşkil ediləcək".
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- AYNA Bakıda avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanlarını quraşdırmağa başlayıb
- E2 ekspres marşrutunun daşıyıcısına XƏBƏRDARLIQ edildi
- Paytaxtın mərkəzində yeni ZOLAQ MÜƏMMASI: Səki, yoxsa hərəkət zolağı?
- Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır
- Bakının mərkəzi küçələrinin birindəki zolaq çaşqınlıq yaradır
Rəylər