Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şimali Koreya Ukraynada müharibəyə 10 mindən çox hərbçi göndərir?
Şimali Koreya Ukrayna müharibəsində Rusiyanın tərəfində döyüşmək üçün 12 min hərbçi göndərmək qərarına gəlib.
Oxu.Az-ın "Yonhap"a istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Koreyanın kəşfiyyat agentliyi xəbər yayıb.
Öz növbəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov da Rusiyanın Ukraynada müharibə üçün Şimali Koreyadan 11 mindən çox hərbçi gətirdəcəyini bildirib.
"Hazırda onlar təlim keçirlər və noyabrın 1-dən etibarən döyüş əməliyyatlarına hazır olacaqlar", - deyə o, "War Zone" nəşrinə şərh verib.
Onun sözlərinə görə, Şimali Koreya piyadalarının təlimi Rusiyanın şərqində davam edir, döyüş əməliyyatları zamanı onlar Rusiya texnikası və sursatından istifadə edəcəklər.
"İlk 2 600 KXDR hərbçisi Kursk vilayətinə göndəriləcək. Rusiyada təlim keçən 11 min nəfərdən qalanlarının hara göndəriləcəyi hələ məlum deyil", - deyə o əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Brüsseldə çıxış edən Ukrayna Prezidenti Volodimir Zelenski müharibədə iştirak edə biləcək 10 min Şimali Koreya hərbçisindən danışmışdı.
Yeri gəlmişkən, qeyd edək ki, Rusiya Moskvanın Ukraynada döyüş əməliyyatlarında Şimali koreyalı hərbçiləri cəlb etməyə hazır olması barədə yayılan məlumatları təkzib edir.
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- İsrail Rusiya istehsalı olan silahları Ukraynaya vermək istəyir
- ABŞ-nin yeni dövlət katibindən gözlənilməz Ukrayna açıqlaması
- Rusiya ordusu Donetskdə daha bir yaşayış məntəqəsini nəzarətə götürüb
- Rusiya ordusu daha bir neçə yaşayış məntəqəsini nəzarətə götürüb
- Yeddi milyon insan xaricə qaçıb - Ukrayna demoqrafik fəlakət içərisindədir
Rəylər