Bakıda IMAX kinoteatrına olan biletlərin qiyməti bəlli oldu.
Oxu.Az xəbər verir ki, Zaqafqaziya regionu üzrə ilk dəfə Azərbaycanda IMAX kinoteatrı yaxın zamanlarda “Flame Towers”-də açılacaq.
Bu kinoteatr yalnız böyük ekran, kristallik görüntü və güclü səs effekti ilə deyil, həm də ən son texnologiyası ilə film pərəstişkarlarını sevindirəcək.
IMAX-ın əsas xüsusiyyətlərindən olan böyük ekran, rəqəmsal səs sistemi və böyük 3D texnologiyası filmi daha real edir.
Qiymətlər isə başqa kinoteatrlara baxınca nisbətən bahadır, lakin IMAX texnologiyasında 3D daha real və inanılmazdır.
Oxu.Az Bakının ən böyük kinoteatrına olan biletlərin qiymətlərini təqdim edir.
Elvin Əhmədov
www.oxu.az