Azərbaycanın paytaxtında ən çox istifadə olunan prospektlərdən biri – Tbilisi prospekti təmirə bağlanıb.
Nəqliyyatın İntellektual İdarəetmə mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Tbilisi prospekti cənub istiqamətinə Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsindən Akademik Şəfayət Mehdiyev küçəsi ilə kəsişməyə qədər olan hissəsində (Nəqliyyat Nazirliyinin inzibati binasının qarşısı) təmir tikinti işləri ilə əlaqədar olaraq yol bağlıdır.
Sürücülərin alternativ olaraq Həsən bəy Zərdabi və Abbas Mirzə Şərifzadə küçələrindən istifadə etmələri məqsədəuyğundur.