Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakının hansı küçələrində sıxlıq var? - 18.04.2025
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Babək prospekti, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
6. "20 Yanvar" dairəsində;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
9. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyası istiqamətində;
10. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
11. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.