Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ABŞ Rusiya ilə hava nəqliyyatını nə vaxt bərpa edəcək?
Vaşinqtonda hesab edirlər ki, Rusiya ilə hava nəqliyyatını bərpa etməzdən əvvəl Ukrayna məsələsində müəyyən irəliləyiş əldə etmək lazımdır.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov "Rossiya 1" (VGTRK) telekanalında "Moskva. Kreml. Putin" verilişinin aparıcısı Pavel Zarubinə müsahibəsində bildirib.
"Amerikalılar hesab edirlər ki, biz Ukrayna məsələsində müəyyən irəliləyiş əldə etməliyik və yalnız bundan sonra hava nəqliyyatı haqqında danışmalıyıq. Hərçənd mənə elə gəlir ki, bu, tamamilə məntiqli qərar olardı", - deyə o bildirib.
Uşakov əlavə edib ki, bəzi danışıqlar zamanı, xüsusən də Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin səfəri çərçivəsində hava yollarının açılması məsələsi qaldırılıb.
"ABŞ-Rusiya münasibətləri" teqi üzrə xəbərlər
- Aİ liderləri Putin və Trampın danışıqlarından sonra Ağ Ev rəhbərinin bəyanatlarından heyrətləniblər
- Trampdan İstanbulda Putin ilə görüş barədə AÇIQLAMA
- Pentaqon: "Ukraynada eskalasiya ABŞ-Rusiya müharibəsi ilə nəticələnə bilər"
- ABŞ təkcə Krımı deyil, digər əraziləri də Rusiyanın tərkibində tanımaq istəyir - SİYAHI
- Kreml Putin-Uitkoff görüşünün nəticələri barədə açıqlama verib