Bu gün Bakının bir neçə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 22:00-dan etibarən Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Məlumata əsasən, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.
Sürücülərə alternativ olaraq 28 May küçəsindən istifadə etmələri tövsiyə olunur.
