Dünən şirkət “Şahdəniz” yatağında və Cənubi-Qafqaz qaz kəmərində (SCP) payını tamamən satmasına dair saziş bağlayıb.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, sazişin məbləği 1,5 milyard dollardır.
““Şahdəniz”də payımızın satılması “Total” portfelinin fəal idarəsi və investisiyaların daha yüksək strateji dəyəri olan aktivlərdə cəmlənməsi üçündür. Bu saziş eləcə də aktivlərin satılması üzrə proqramın reallaşması üçün atılan addımlardan biridir. Bu əməliyyatdan sonra “Total” 2012-ci il aktivlərini təxminən 16 milyarda satacaq, bu, 15-20 milyard nəzərdə tutulmuş plana müvafiqdir”, - Avropa və Mərkəzi Asiya üzrə kəşfiyyat və hasilat üzrə “Total”ın baş vitse-prezidenti Mişel Borel deyib.
Azərbaycanda şirkət (40% payla) Abşeron yatağının işlənmə layihəsinin operatoru olaraq qalır. 2011-ci ildə yataq açıldıqdan sonra şirkət onun işlənmə planı üçün tədqiqatlar aparır.
Dünənki sazişə qədər BP (28%, texniki operator), SOCAR (16,7%), Statoil (15,5%), 10% payla Total, LUKOİL və NOCO (İran), eləcə də TPAO 9% pay ilə “Şahdəniz” layihəsinin iştirakçıları idi.