Səbail və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Oxu.Az xəbər verir ki, “Azərsu” ASC-dən verilən məlumata görə, Bakı şəhəri Səbail və Xətai rayonları ərazisində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar 08 aprel 2014-cü il tarixində Səbail və Xətai rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
Gülnarə Zeynalova
www.oxu.az