Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nəqliyyat vasitələrinin hərəkətinin hissə-hissə məhdudlaşdırılması ilə bağlı xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 22:00-dan etibarən, İstiqlaliyyət, Əziz Əliyev, Azərbaycan və Füzuli küçələrində (Füzuli meydanı) nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Ərazidə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.