Bakının yaşayış binalarında yanğına həssas üzlüklərin sökülməsi prosesi davam edir.
Oxu.Az xəbər verir ki, növbəti belə söküntü Nərimanov rayonu Məmməd Araz 67/71 küçəsində yerləşən 9 mərtəbəli binada həyata keçirilir.
Binanın örtüklənməsi işləri isə bir müddət əvvəl başa çatdırılmışdı.
Qeyd edək ki, may ayının 19-da Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binası yanıb. Yanan binada 56 ailə olub.
Faciə nəticəsində 15 nəfər ölüb. Son məlumatlara görə, yanğın binanın üzünə vurulan tezalışan örtük səbəbindən daha güclü olub.
Əlavə edək ki, son məlumatlara əsasən Bakı ilə bərabər Sumqayıt və Yevlax şəhərlərinin binalarında yanğına həssas üzlüklərin sökülməsi prosesi başlanılıb.
FOTO: Cahid İsrafilov
E.Ə.
www.oxu.az