Dünən gecə saatlarında paytaxtın Mikayıl Müşfiq parkında qəribə hadisə baş verib.
Hadisə şahidlərinin Oxu.Az-a verdikləri məlumata görə, adı məlum olmayan gənc qız parkda sevgilisi ilə mübahisə edərək huşunu itirib.
Bu zaman oğlan ətrafdakıların köməkliyi ilə qızı oturacaqlardan birinə aparıb.
Daha sonra parkda olan vətəndaşların səyi nəticəsində qız özünə gəlib.
Elvin Əhmədov
www.oxu.az