Bu gün Bakı şəhərinin Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonu, İ.Qasımov küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə iyulun 1-i saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə İ.Qasımov və S.Rüstəm küçələrinin qaz təchizatında fasilə yaranacaq.