Şamaxıda həftələrdir ki, partlayan boru xətti insanların susuz qalmasına səbəb olub.
Şəhərin su-kanalizasiya sistemi beş ildir ki, yenilənib. Bütün evlərə su xətləri çəkilib, amma bəzi məhəllələrdə hələ də içməli su problemi var. Sakinlərin sözlərinə görə, qonşuluqdakı məhəllə sakinləri sudan istifadə etdiyi halda bəzi küçələrə su gəlib çıxmır. Susuz qalan insanlar sadəcə borularda yığılıb qalan havanın səsini eşidirlər. Məsələ ilə bağlı “Azərsu” ASC-nin Şamaxı rayon bölməsinə müraciət etdik.
Yanlız Baku TV əməkdaşları çəkiliş apardıqdan sonra problemin həlli üçün əraziyə texnika cəlb olundu. “Azərsu” ASC-nin qrup rəhbəri Vüsal Məcidovun sözlərinə görə, bütövlükdə 100-ə yaxın abonentin su problemini həll etmək üçün əraziyə çəkilən alternativ su xəttinin qoşulması ilə məsələnin köklü həlli mümkün olacaq.
İnanırıq ki, yaxın zamanda problem öz həllini tapacaq.