Bakıda avtobus sürücülərinin kobud qayda pozuntusunu əks etdirən görüntülər 22 avqust 2026-cı il tarixində saat 06:35-də baş verib.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-dən verilib.
"Hadisə tərəfimizdən araşdırılıb və müvafiq tədbirlər görülüb. Araşdırma zamanı videogörüntüdə əks olunan avtobuslardan birinin sürücüsünün hərəkət zolağını dəyişərkən manevr qaydalarına düzgün əməl etmədiyi müəyyən edilib. Videogörüntüdə əks olunan hər iki sürücü barəsində müvafiq intizam tənbehi tədbiri görülüb, eyni zamanda sürücülər təhlükəsiz idarəetmə və yol hərəkəti qaydaları üzrə təkrar təlimə cəlb ediliblər", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Bakıda avtobus sürücülərinin kobud qayda pozuntusunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Oxu.Az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın 8 Noyabr prospektində qeydə alınıb.
Belə ki, "BakuBus"a məxsus 67208 və 67142 eyniləşdirmə kodlu avtobusların sürücüləri hərəkət zamanı bir-biri ilə yarışa çıxıblar.
Görüntülərdən aydın olur ki, hərəkətdə olan avtobusların ikisi bir-biri ilə yarışa çıxıb. Bu zaman onlar manevr qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradıblar.