Yevlaxda təmir işləri ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin keyfiyyət göstəricilərini yaxşılaşdırmaq və artan tələbatı qarşılamaq məqsədilə 9 sentyabr tarixində Yevlax Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq "Yevlax" yarımstansiyasında təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 03:00-dan 07:00-dək Yevlaxın Ağqıraqlı, Balçılı, Cırdaxan, Varvara kəndləri, İravanlı qəsəbəsi, eləcə də şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.
Balakən rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 110 kV-luq "Zaqatala-2" hava xəttində sentyabrın 8-10-da təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 18:00-dək Balakən Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/6 kV-luq "Qafqaz" yarımstansiyasından qidalanan Katex, Püştətala kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.