Balakən rayonunun İtitala kəndində yağan güclü yağışlar sakinləri üçün ciddi çətinliklər yaradıb.
Baku TV-nin məlumatına görə, sel suları kəndin bir çox ərazisinə ziyan vuraraq insanların gündəlik həyatını iflic edib. Məlumata əsasən, kənddə 400-dən çox evin həyəti və zirzəmisi su altında qalıb.
Balakəndə sel: 400-dən çox ev su altında qaldı - VİDEO
Sakinlərdən biri bildirib ki, yaranmış problemlə bağlı kömək gözləyirlər: "Heç kim gəlmir, kömək etmir, nə edək?"
Kənd sakinləri ərazidə yaranan vəziyyətin aradan qaldırılması üçün aidiyyəti qurumların dəstəyinə ehtiyac olduğunu bildirirlər.
Qaynar xətt:
(055) 224 12 12