Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Baş Dövlət Yol Polisi İdarəsi hava ilə bağlı piyadalara MÜRACİƏT ETDİ
"Hazırda mövsümlə əlaqədar havanın tez qaralması, əsasən yağışlı, çiskinli olması digər hərəkət iştirakçıları kimi piyadalar üçün də bir sıra çətinliklər yaradır".
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd olunub.
Bildirilib ki, təhlillər göstərir ki, yağmurlu havada yolların sürüşkənliyi, məhdudiyyətli görünmə məsafəsinin artması piyadaların vurulması ilə nəticələnən qəzaların sayına əhəmiyyətli dərəcədə təsir göstərir:
"Bununla yanaşı, əksər hallarda piyadaların qeyri-sabit hava şəraitini düzgün qiymətləndirməməsi, daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəflətən yolun hərəkət hissəsinə çıxması, səki, eləcə də piyada keçidləri olduğu halda yolun hərəkət hissəsi ilə səyahətə üstünlük verməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları hazırda ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitində yol hərəkəti qaydalarına sözsüz əməl etməyə, yuxarıda sadalanan xüsusatları nəzərə alaraq, öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmağa çağırır.
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Dağlıq yolda dərəyə aşan avtomobilin sərnişini ölüb: Baş Dövlət Yol Polisi İdarəsindən XƏBƏRDARLIQ
- Şəkidə azyaşlı atasının maşınını aşırdı - Xəsarət alanlar var
- Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
- Şamaxıya gedən yolda hərəkət dayandı
- BDYPİ: "Ötən gün respublika ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb"