Bu gün Azərbaycanda baş vermiş zəlzələnin gücü Rixter şkalası ilə episentrdə 6 bala yaxın, respublika ərazisində isə 5.3 bala qədər qiymətləndirilib. Zəlzələnin episentri 30 kilometr dərinlikdə yerləşib.
Oxu.Az xəbər verir ki, bu barədə 107.7 AvtoFM-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.
Onun sözlərinə görə, zəlzələ yerli vaxtla saat 16:06:49-da Saatlıdan 41km şimal-şərqdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.
“Yeraltı təkanlar dərdində olduğuna görə respublikanın bütün ərazisində hiss olunmuşdu. Lakin bununla belə hətta zəlzələnin baş verdiyi Hacıqabul rayonunun ərazisində dağıntılar yaranmayıb. Zəlzələnin dərinliyi 55 km olduğuna görə respublikanın demək olar ki, bütün ərazilərində hiss olunub. Ancaq zəlzələ çox dərində olduğundan, dağıntı əmələ gətirməyib. Hətta zəlazəlinin episenterində Hacıqabul rayonunda dağıntılar əmələ gətirməmişdi. Zəlzələ episentiri 55 km dəinliyində yerləçdiyi üçün onun demək olar ki fəsadları olmayıb. Paytaxda sakinləri təşvivə düşməməlidirlər və rahat yata bilərlər”.