Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin yanvar ayında dövlət büdcəsinə ödəmələr haqqında məlumatı açıqlayıb.
Oxu.Az xəbər verir ki, SOCAR-ın məlumatına görə, cari ilin yanvar ayı ərzində şirkət dövlət büdcəsinə 173 milyon 578 min manat vəsait ödəyib.
Bu göstərici ötən ilin yanvar ayına nisbətən 39 milyon 347 min manat və ya 129,3% çox olub.
Bundan əlavə, məlumatda deyilir ki, cari ilin yanvar ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 497 min manat vəsait köçürüb ki, bu da 2013-cü ilin yanvar ayına nisbətən 730 min manat və ya 105,7% çox olub.
Gülnarə Zeynalova
www.oxu.az