Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bit əleyhinə dərmandan ölən azyaşlının atası DANIŞDI
Xızıda 7 yaşlı Ümid Eyvazlının bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı bəzi detallar üzə çıxıb.
Azyaşlının atası Mərdan Eyvazov bildirib ki, övladı bit əleyhinə dərmandan dünyasını dəyişib.
Belə ki, Ü.Eyvazlı mal-qaranın bit-birədən təmizlənməsi üçün istifadə edilən dərman vasitəsini başına sürtüb.
"Başı qaşınırmış. Bit olmasın deyə dərmanı sürtüb" , - M.Eyvazov bildirib.
Bundan sonra azyaşlının halı pisləşib, uşağın vəziyyətindən xəbər tutan doğmaları isə onu dərhal Xızı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Daha sonra Bakıya, Respublika Klinik Xəstəxanasına yola salınan Ü.Eyvazlının həyatını xilas etmək mümkün olmayıb. O, yolda dünyasını dəyişib.
Xızı rayonu, Altıağac qəsəbəsində 2017-ci il təvəllüdlü Ümid Mərdan oğlu Eyvazlı bədbəxt hadisə nəticəsində ölüb.
"Qafqazinfo"nun məlumatına görə, 7 yaşlı uşağın başına bit düşüb.
Bundan sonra azyaşlı başına mal-qara üçün nəzərdə tutulan "Neastol" dərmanı töküb. Gənə və parazitlərə qarşı istifadə edilən maye dərmanın tətbiqindən sonra uşağın halı pisləşib və o, Xızı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Oradan da Bakıya Respublika Klinik Xəstəxanasına gətirilən uşaq yolda dünyasını dəyişib.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.
"Xızı rayonu" teqi üzrə xəbərlər
- Xızıda polis külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlayıb
- Şəhidin həyat yoldaşını öldürən şəxs yenidən hakim qarşısında
- Xızıda istirahət mərkəzində yanğın olub
- Şəhid xanımının qətlinin PƏRDƏARXASI: Əlləri ilə boğduqdan sonra nəfəs alıb-almadığını yoxlayıb
- Azərbaycanda tələbə dəhşətli qəzaya düşdü
Rəylər