Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən E.Kərimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilib və E.Kərimov dərhal məhkəmənin iclas zalından azadlığa buraxılıb.
Qeyd: Hadisə bu il iyul ayının 8-i saat 21:10 radələrində rayonun Çəmənli kəndində qeydə alınıb.
Gəncə Dövlət Universitetinin ikinci kurs tələbəsi, 2000-ci il təvəllüdlü E.Kərimov qısqanclıq zəminində Ağdam Eayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən anası, 1977-ci il təvəllüdlü E.Kərimovanı bıçaqlayıb.
Yaralı rayon xəstəxanasına çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.
E.Kərimov polis tərəfindən saxlanılıb, cinayət işi başlanılıb.
İttihama görə, E.Kərimov yaşadıqları evin yataq otağında anasının atası ilə rəsmi nikahda olmasına baxmayaraq, E.Kərimova mobil telefonun “WhatsApp”da başqa şəxslə, yəni Ağdam rayonu Şükürağalı kənd sakininin nömrəsinə “Elgünüm, ürəyim, haralardasan?” və digər yazdığı mesaj yazışmalarını görüb. O, anasının bu qeyri-etik hərəkətlərindən hirslənərək qisas almaq məqsədi ilə evin mətbəxindən götürdüyü bıçaqla onu vurub.