Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bayram Kürdəxanlı: 22 yaşımdan narkotikdən istifadə edirəm - VİDEO
Sabunçu rayon Polis İdarəsinin əməkdaşları Bayram Kürdəxanlı kimi tanınan meyxanaçı Bayramqulu Quliyevi həbs ediblər.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, onun üzərinə baxış kecirilərkən şəxsi istehlak miqdarından artıq tiryək aşkarlanıb.
Saxlanılan şəxs tanışının ad günü mərasiminə qatıldığını deyir: “Qapını açanda polisləri gördüm, qollarımı burub, məni idarəyə gətirdilər”.
İdarənin Narkotiklərlə Mübarizə şöbəsinə gətirilən Bayram Kürdəxanlı narkoman olduğunu etiraf etsə də, tiryəklə bağlı iddianı rədd edib: “22 yaşımdan çəkirəm. Məclislərdə mənə narkotik təklif edirlər ki, təbim gəlsin”.
1984-cü ildən vərəm xəstəsi kimi qeydiyyatda olan meyxanaçı vaxtilə ineksiya yolu ilə narkotik qəbul etdiyini, 2004-cü ildən isə tərgitdiyini söyləyib: “Onun ağrıları çox pis olur”.
Sabuncu polisindən bildirilib ki, onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanıb.
"Nar Mobile" teqi üzrə xəbərlər
- "Nar" "Böyük Qayıdış" mövzusunda rəsm müsabiqəsi keçirib
- "Nar"ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
- "Nar" nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
- "Nar" və "NETTY" ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı
- "Nar"ın tərəfdaşlığı ilə "Media Savadlılığı" Konfransı təşkil edilib