Köçürülən “Sovetski” sakinləri üçün Bakıda yeni bina inşa olunacaq.
Oxu.Az xəbər verir ki, binanı inşa edəcək şirkətin rəsmilərinin bu gün keçirdikləri mətbuat konfransında “Sovetskaya Kooperativi” layihəsi təqdim edilib.
Mətbuat konfransının təşkilatçıları vurğulayıblar ki, bu korporativin iştirakçıları yalnız “Sovetski”nin evləri sökülən sakinləri olacaq.
Korporativdə iştirak etmək istəyənlər artıq ərizə verirlər. Payçıların lazımi sayı yığıldıqdan sonra – bu isə ümumi sayın 80%-i deməkdir, o zaman müvafiq müqavilələr bağlanacaq.
Həm də mətbuat konfransının təşkilatçıları qeyd ediblər ki, müqavilədə 4 tərəf iştirak edəcək – korporativin nümayəndələri (payçılar), tikinti şirkəti, bank sektoru və cari sosial layihənin təşəbbüskarı olan konsaltinq şirkəti.
Qeyd olunub ki, müvafiq bankın seçilməsi bank reytinqinin nəzərə alınması ilə həyata keçiriləcək və mümkündür ki, layihənin realizəsinə eyni anda bir neçə bank cəlb edilsin.
Korporativ iştirakçıları ilə müqavilələr bağlandıqdan sonra ümumi “Pay fondu” yaradılacaq.
Bura mənzilin 100% həcmində qiyməti daxil olacaq (1 kv/m üçün 380 manat).
Bundan sonra tikinti şirkəti 18 aya yekunlaşması nəzərdə tutulan tikinti işinə başlayacaq.
Mətbuat xidmətindən bildirilib ki, yaşayış binası 16 mərtəbəli, 9 blok və hər blokda 90 mənzildən (ümumilikdə 810 mənzil) ibarət olacaq. Mənzilin bir kvadratmetri 380 manat təşkil edəcək. Mənzillər sakinlərə təmirsiz təqdim ediləcək.
Tikinti başa çatdıqdan sonra mənzillər istismara veriləcək, payçılara mənzilin sahibi hüquqlarını təsdiqləyən sənədlər paylanacaq.
Layihənin təşkilatçıları onun sosial xarakter daşıdığını deyiblər, amma qeyd ediblər ki, iştirak edən bütün şirkətlər gəlir əldə edəcəklər. Əsasən isə yaşayış binasının 1-ci mərtəbələrindəki yaşayış üçün nəzərdə tutulmayan sahəsinin şirkətlərə kommersiya məqsədi ilə veriləcəyi vurğulanıb.
Bildirilib ki, binanın Ukrayna dairəsi, Gəncə prospektində inşa edilməsi nəzərdə tutulur.
Artıq layihənin hazırlıq dövrü bitib. Binada ev almaq istəyənlərin artıq 50 faizi ərizə ilə müraciət edib.
14:29
Köçürülən “Sovetski” sakinləri üçün Bakıda yeni bina inşa olunacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, binanı inşa edəcək şirkətin rəsmilərinin bu gün keçirdikləri mətbuat konfransında “Sovetskaya Kooperativi” layihəsi təqdim edilib.
Mətbuat konfransında bildirilib ki, yaşayış binası 16 mərtəbəli, 9 blok və hər blokda 90 mənzildən (ümumilikdə 810 mənzil) ibarət olacaq. Mənzilin bir kvadrat metri 380 manat təşkil edəcək.
Bildirilib ki, binanın Ukrayna dairəsi, Gəncə prospektində inşa edilməsi nəzərdə tutulur.
Ümumi “Pay Fondu” yaradılacaq, sakinlərlə müqavilə imzalanacaq və 50 faiz ödəniş etdikdən sonra mənzil sahibinin adına sənədləşdiriləcək.
Artıq layihənin hazırlıq dövrü bitib. Binanın tikintisinin 18 aya yekunlaşması nəzərdə tutulur.
Mənzillər sakinlərə təmirsiz şəkildə təqdim olunacaq. Hələlik sakinlərdən ərizələr yığılır. Artıq binada mənzil almaq istəyən sakinlərin 50 faizdən çoxundan ərizə toplanıb.