"Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi təsis ediləcək".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Kahramanmaraş bələdiyyəsinin sədri Fırat Görgel bildirib.
Bələdiyyə sədri deyib ki, bu gün burada 250 min mənzilli yaşayış massivinin açılışı həyata keçirilir:
"Biz Kahramanmaraşı yenidən inşa edirik. Türkiyə prezidentinin dəstəyi ilə ölkəmizdəki ən böyük infrastrukturu Kahramanmaraşda təsis edilib. Bu günə qədər yeddi milyard Türkiyə lirəsi dəyərində infrastruktur layihəsi həyata keçirilib. Burada Azərbaycanla birlikdə Mədəniyyət Mərkəzi də təsis ediləcək".