Ötən gün Bərdə rayonunda faciəvi hadisə baş verib.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Divanlı kəndində qeydə alınıb.
Kəndin meşə zolağında Ağdam rayon sakini Tofiq Atakişiyevin kəsdiyi ağac üstünə düşüb.
Nəticədə Tofiq Atakişiyev ağır yaralanıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.