Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bəzi rayonlarda külək əsir, arabir şimşək çaxır - FAKTİKİ HAVA
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Aprelin 27-si saat 20:00-a olan məlumata əsasən, Yardımlı, Neftçala, Lənkəran, Astara, Şabran, Quba və Qusarda arabir şimşək çaxır, yağış yağır.
Saat 15:45-də Yardımlıda xırda ölçülü dolu düşüb.
Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Neftçalada 20, Goranboyda 19, Naftalanda 18, Göyçayda 16, Şəkidə 15 m/s-yə çatır.
Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti aprelin 29-u gündüzədək davam edəcək.
Aprelin 2-də saat 10:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb.
Düşən yağıntının miqdarı Balakəndə 9, Qazax, Şəki və Qaxda 8, Şərur, Gəncə və Tovuzda 5, Şahdağ, Ağstafa, Ordubad, Şahbuz, Şəmkir, Gədəbəy, Lerik, Daşkəsən, Ceyrançöl, Sədərək, Culfa, Astara və Lənkəranda 4 mm-dir.
Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Cəbrayılda 20, Kəlbəcərdə 19, Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-də 26, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Sabah leysan olacaq, şimşək çaxacaq - 15.05.2025
- Bəzi rayonlarda şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA
- Növbəti iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Sabah bəzi ərazilərdə leysan, sulu qar yağacaq, duman olacaq - 14.05.2025
- Kür çayında sululuğun artması ilə bağlı mövcud vəziyyət AÇIQLANDI